Şəki Bələdiyyəsi yerli özünüidarə orqanı kimi 1999-cu ildən fəaliyyət göstərir. 17 üzvü var. Şəki Bələdiyyəsinin strukturunu şəkildəki sxemdəki kimi göstərmək olar.
   Sxemdən göründüyü kimi bələdiyyə sədrinin birinci müavini maliyyə və tikinti, müavinləri isə müvafiq olaraq sosial və ekologiya məsələlərinin həlli ilə məşğul olur.
    Şəki Bələdiyyəsi öz inkişaf səviyyəsinə, kadr potensialına, həyata keçirdiyi layihələrin aktuallığına, eləcə də, ölkənin ictimai – siyasi həyatında oynadığı əhəmiyyətli roluna görə respublikada önəmli yerlərdən birini tutur. 
    Bələdiyyə səlahiyyətlərinə aid məsələlərin qabaqcadan nəzərdən keçirilməsi və hazırlanması üçün, habelə verilmiş qərarların həyata keçirilməsinə yardım göstərməsi, bələdiyyənin tabeçiliyində olan müəssisə, idarə və təşkilatların fəaliyyətinə nəzarət üçün beş daimi komissiya yaratmışdır. Bu komissiyalar yaradılarkən yerli əhəmiyyətli məsələlər nəzərə alınmışdır. Кomissiyaların əsas vəzifələri bunlardır...  Ardına bax: >>

Xəbərlər

  • Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə Şəkidə konsert proqramı təşkil edilmişdir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə növbəti konsert proqramı mayın 3-də Şəki şəhərində reallaşıb.        AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ...
    6 May 2019 02:18 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • Şəki Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin “Qurcana” məhəlləsində səyyar qəbul keçirib         Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov mayın 2-də Şəki şəhərinin “Qurcana” məhəlləsinin sakinləri ilə görüşüb.        Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, məhəllə ...
    6 May 2019 02:03 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • Rusiyanın Azərbaycandakı səfiri Şəkiyə səfər edib         Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov Şəki şəhərinə səfər edib.         Səfər çərçivəsində mayın 2-də səfir şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovla görüşüb. Görüş zamanı icra başçısı ...
    6 May 2019 01:54 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • Azərbaycan Prezidenti İlham Əliyev Şəki şəhərinə səfərə gəlib Bu gün - oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki şəhərinə səfərə gəliblər. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban ...
    22 Mar 2019 03:15 tarihinde Aydin Salis tarafından yayımlandı
  • Şəki veteran hərakatının ön sırasındadır Respublika Veteranlar Təşkilatının sədri, general polkovnik Tofiq Ağahüseynov və Təşkilatın sədr müavini, polkovik Cəlil Xəlilov  sentyabrın 19-da Şəki şəhərində Şəki və ətraf rayonların veteran təşkilatlarının nümayəndələri ilə görüş keçirmişlər ...
    22 Mar 2019 03:17 tarihinde Aydin Salis tarafından yayımlandı
  • Şəki Bələdiyyəsində 31 Mart - Azərbaycanlıların soyqırımı anıldı Dünən – martın 30-da Şəki Bələdiyyəsində 31 Mart - Azərbaycanlıların soyqırımı günü münasibəti ilə anım tədbiri keçirilmişdir.         Toplantı, 100 il əvvəl ermənilər tərəfindən doğma yurdumuzda vəhşicəsinə qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsinin ...
    22 Mar 2019 03:18 tarihinde Aydin Salis tarafından yayımlandı
  • Şəki Bələdiyyəsində Xocalı faciəsi yad edildi         Bu gün - fevralın 26-da Şəki Bələdiyyəsində tariximizə qanlı hərflərlə yazılmış - XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı.         Tədbir Xocalıda şəhid olmuş soydaşlarımızın xatirəsini bir ...
    25 Şub 2018 23:05 tarihinde Admin Sheki.city tarafından yayımlandı
  • Gənclər "Şəki Bələdiyyəsi" qəzetini mükafatlandırdı Şəki şəhər Gənclər və İdman İdarəsi ilə YAP Şəki Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Şəkidə 2 fevral Gənclər Günü münasibətilə tədbir keçirilib.         Tədbirdə gənclərlə yanaşı, şəhər ictimaiyyətinin nümayəndələri, Şəkidə ...
    3 Şub 2018 01:46 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • Şəki Bələdiyyəsi Cümhuriyyət İlinin layiqincə keçirilməsi üçün bütün imkanlardan istifadə edəcək Şəki Bələdiyyəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə əlaqədar yanvarın 10-da imzaladığı Sərəncamla bağlı iclas keçirilb.         Toplantını Şəki Bələdiyyəsinin sədri ...
    3 Şub 2018 01:34 tarihinde Murad Nabibekov tarafından yayımlandı
297 / 1 - 9 yayın gösteriliyor Daha fazla görüntüle »

"Şəki Bələdiyyəsi" qəzetinin yeni sayı


Məqalələr

  • S.Rəhman adına Şəki Dövlət Dram Teatrının dekor rəssamı Mənsur Əzizlinin "Azərbaycan mətbəxi" (video) Mustafa DADAŞOV,AZƏRTACın bölgə müxbiri            Şəkinin tanınmış rəssamlarından olan Mənsur Əzizli yaradıcılığında daim yeniliklər etməyə, yeni üslublar axtarıb tapmağa can atır. Rəssam bu dəfə Azərbaycanın milli yeməklərinin maketlərini hazırlamaqla diqqəti özünə cəlb edib. Mulyaj üsulu (hər hansı bir əşyanın gips, mum və digər materiallar vasitəsilə dəqiq surətinin çıxarılması) ilə hazırlanan bu xörək və şirniyyat nümunələri görənlər tərəfindən böyük maraqla qarşılanır. Hazırda Şəki şəhərindəki “Sənətkarlar evi”nin otaqlarından birində rəssamın hazırladığı milli mətbəximizə aid yüzdən çox milli xörək və şirniyyat nümunəsinin maketi nümayiş etdirilir.         AZƏRTAC-ın bölgə müxbiri Mustafa Dadashov rəssam Mənsur Əzizli ilə “Sənətkarlar evi”ndəki emalatxanasında görüşüb, yaradıcılığına gətirdiyi bu yeni üslubla maraqlanıb.         Rəssamın bildirdiyinə görə, bu ideya onda 7-8 il əvvəl yaransa da, yalnız ötən ildən arzusunu ...
    16 Nis 2019 00:12 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • Görkəmli alim Fərman İsmayılov haqq dünyasına qovuşdu Azərbaycan elminə ağır itki üz vermişdir.Bu gün - noyabrın 10-da görkəmli alim, Bakı Dövlət Universitetinin professoru,Müasir Qərb fəlsəfəsinə dair Azərbaycanda ilk elmlər doktoru FƏRMAN İSMAYILOV vəfat etmişdir.        İsmayılov Fərman Qəhrəman oğlu 1936-cı ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. Orta təhsilini Baş Göynük kəndindəki Gülarə Göylüqızı adına məktəbdə almışdır.        1956-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olmuş, 1962-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Ali məktəbi qurtardıqdan sonra Elmi Şuranın qərarı ilə "İngilis dilinin qrammatikası" kafedrasmda müəllim saxlanılmış, 1965-ci ildə EA-nın Fəlsəfə və Hüquq İnstitutunun (AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu) aspiranturasına qəbul olunmuşdur. 1970-ci ildə Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunun ...
    22 Mar 2019 03:19 tarihinde Aydin Salis tarafından yayımlandı
  • “Bu həyat dediyin...”dir şairə ilham verən... Tanrı başımın üstündə,Dünya əlimin altında...Zaur İlhamoğluQiymət MƏHƏRRƏMLİ, "Elimiz-günümüz" qəzetinin baş redaktoru, şairə, filologiya üzrə fəlsəfə doktoru        Zaur İlhamoğlunun “Bu həyat dediyin...” adlı şeirlər kitabının adı mənə böyük Türk filosofu Şəms Təbrizinin çox sevdiyim:                 “Həyat bu, bir baxarsan hər şey bir anda sona çatar,                Həyat bu, son dediyin an hər şey yenidən can tapar...”kəlamını xatırladır istər-istəməz... Doğrudan da, həyat məhz budur: onu dəyərli hərəkət və əməllərinlə gözəlləşdirməyi bacardığın halda, o səni və ətrafındakıları ən gözlənilməz və xoş hədiyyələrlə mükafatlandıracaqdır. Şərt budur ki, böyük holland filosofu Benedit Spinozanın təbirincə desək, “əgər istəyisinizsə həyat sizə gülümsəsin, əvvəlcə ona öz yaxşı əhval-ruhiyyənizi hədiyyə edin” – nəsihətinə əməl edəsən.         Mən bu gün insana xoş əhval-ruhiyyə bəxş edən bir ...
    10 Kas 2018 01:57 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • Mətbuat yayımı: inkişaf dinamikası və mütərəqqi metodlar Elxan AĞABƏYLİ,"AZƏRPOÇT" MMC, PDM-nin Mətbuatyayımı şöbəsinin rəisi, Azərbaycan Jurnalıstlər Birliyinin üzvü        Bu gün Azərbaycan mətbuatının inkişaf dinamikasını, onun yayımını mütərəqqi metodlarla təşkil etmək yolunda ciddi araşdırmalar aparılır. Mətbuat rəhbərləri mənsub olduqları mətbu orqanların günün tələbləri səviyyəsində yayımını quran və redaksiyaya çatacaq dəyəri vaxtında ödəyən yayım firmalarına üstünlük verir.         Hal-hazırda respublikamızda mətbuat yayımı ilə məşğul olan onlarla firma fəaliyyət göstərir. Hərəsi də öz prizmasından müxtəlif yollarla yanaşma üsulları ilə abunə kampaniyasında iştirak edir, satışı həyata keçirirlər. Poçt-rabitə müəssisələrində dövri mətbuata il boyu abunə aparmaq, onu genişləndirmək, təkmilləşdirmək ən ümdə vəzifələrdən biri olmalıdır. Izdihamlı yerlərdə dövrü mətbuata abunə aparılması haqqında reklam və işıqlandırılmış lövhələr quraşdırmaq abunə kampaniyasının ən ümdə təbliğat metodlarından olardı. Poçt Filiallarında dövri mətbuata aparılan abunə ...
    6 Kas 2018 23:26 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • Adsız yazı, yaxud “Dünya heç kimin!” Oktyabrın 14-də görkəmli Azərbaycan şairi Məmməd Arazın anadan olmasının 85 illik yubileyidir.          Yəqin ki, yazının sərlövhəsiz olduğunu çoxları başa düşər... Daha doğrusu, yazıya bəndənizin sərlövhə tapa bilməməsini... Məsələ belədir ki, dahi şairimiz Məmməd Araz haqqında dahilərin onlarla, yüzlərlə məqalələri var və hər məqalənin də Məmməd Araza layiq sərlövhəsi. Bəndəniz də LAYIQ bir sərlövhə tapmaqda aciz qalacağını bildiyi uçün, elə əvvəlcədən yazıya sərlövhəsiz başlamağı qərara aldı...         Azərbaycanımızın dahi şairləri dedikdə, Vətənimizin ağrı-acılarını ürəyində daşıyan poeziya vurğunlarının gözü önünə Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Cabir Novruz və onlarla, yüzlərlə qəlbi Azərbaycanla döyünmüş şairlər gəlir...         Bizim isə, yəni bəndəniz kimi ədəbiyyat sahəsindən uzaq, qeyri-peşəkar jurnalist adlanan və sadəcə bir qəzetçi olanların öhdəsinə yuxarıda ...
    22 Eki 2018 06:45 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • Azərbaycanlıların Milli Azadlıq Hərəkatı 20 січня відзначається День національно-визвольної боротьби азербайджанців проти совєтксько-комуністичної тиранії. Тернистий шлях до свободи, проголошення незалежної Азербайджанської держави та утвердження національної ідеї.January 20 marks the Day of the national liberation struggle against Azerbaijanis soviet communist tyranny. The thorny path to freedom, the proclamation of the independent Azerbaijan state and the establishment of a national idea.Ph., Dr. Fərhad Turanlı        Hörmətli soydaşlarım!        Geyd etmək lazımdır ki, 1990-cı il yanvar ayının 19–20`də Bakıda baş verən hadisə, Azərbaycan tarixində milli azadlıq və dövlət müstəqilliyimiz uğrunda sovet-kommunist rejiminə qarşı azərbaycanlıların qüclü bir milli-ingilabi hərəкatı olaraq qiymətləndirilməlidir.        O tarixdə, Moskvada SSRİ-nin mərkəzi rəhbərliyinin verdikləri əmrilə xüsusi qoşun dəstələrinin, o cümlədən tankların və digər hərbi texnikalardan ibarət ...
    19 Oca 2018 23:16 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • O gecə… Hidayət ELVÜSAL         Bütün gecələrin rəngi qaradır. O gecənin rəngi al qırmızıya boyandı. Evlər də, küçələr də qırmızı oldu. Səhər qıpqırmızı qərənfillər axan qandan don geyinibmiş kimi küçələrə xalı kimi sərilib ölən canlara ağılar dedi.        O gecə bir özgə vətən, bir özgə millət, bir özgə dövlət doğuldu – körpəsiylə, gənci ilə, qocası, ahılı ilə o gecə, məhz o gecə imperiya Azərbaycanı itirdi. Yeni Azərbaycan doğuldu. Elə biz özümüz də yenidən doğulduq.        O gecə dastanlar yazıldı. Gördülər, oxudular, eşitdilər ki, bu millətin necə qəhrəmanları varmış. Əliyalın tankın üstünə gedən şir ürəkli oğullar bütün dünyanı titrətdi. İlham və Fərizə əsrlərdən bəri əfsanə sayılan “Leyli və Məcnun”u yenidən yazdılar. Məhəbbətin, etibarın, sədaqətin, fədakarlığın hər şeydən üstün olduğunu sübut etdilər. Bir dastan yazdılar ki, Leyli ...
    19 Oca 2018 00:04 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • Armed Mişellə Mixaylonun görüşü                                                     1944-cü ildə Marselnim, Alibe və Lion şəhərlərinin dağlarında kənd və sahibkar xutorlarında idik. Dağlarda gəzərkən yad adamlara rast gəldik. Partizanlar hərəsi öz yerlərini tutdu. Qərargahın komandirindən tapşırıq gözləyirdik. Komandir Duşatle işarə etdi ki, gizləndiyiniz yerlərdən çıxın. Komandir bizə dedi ki, bunlar İtaliyanın partizanlarıdır. Biz görüşdük. Partizanlardan bəziləri onlarla danışıb bizə tərcümə edirdi. Birdən məni komandan çağırdığını bildirdilər. Mən çağırılan yerə getdim və komandan məni görüncə üstümə gələrək “Xarqo, səni təbrik edirəm, sizə bir şad xəbərim var” - dedi. Ardınca dedi ki, səni bir həmyerlinlə tanış edəcəm.         Sevinərək dedim: - Görəsən kimdir?         - Buyur, tanış olun.         Cavan bir oğlan gözləri həyəcanla dolu üstümə gələrək ana dilimizdə “eloğlu, salam” dedi.         Biz qucaqlaşdıq. Hətta gözlərimiz də yaşardı.         - Tanış olaq, azərbaycanlı Əhmədiyyə Cəbrayılov         - Mən də Bakıdan ...
    16 Oca 2018 05:12 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının QANUNU Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 677-VQ nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalayıb.Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, bələdiyyə üzvləri üçün etik davranış qaydalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. 1-ci fəsil ÜMUMİ MÜDDƏALAR  Maddə 1. Qanunun əhatə dairəsi  1.1. Bu Qanun bələdiyyə üzvü olan bütün şəxslərə şamil edilir. 1.2. Hər bir bələdiyyə üzvü qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və etik davranış qaydalarını rəhbər tutaraq, bu Qanunun müddəalarına əməl etməyə borcludur.  Maddə 2. Qanunun məqsədləri  2.0. Bu ...
    13 Ara 2017 03:14 tarihinde Admin Sheki.city tarafından yayımlandı
  • Telefon zəngləri... Respublikamızın Əməkdar artisti, rejissor Mərdan Feyzullayevi düşünərkən.Vaqif ASLAN,AYB Şəki bölməsinin sədri         Bu, təxminən, yarım il bundan əvvəlin söhbətidir. Bilmirəm gecənin nə vaxtı idi. Mobiltelefonum zəng çaldı. Ala-sərsəm oyandım. Gecənin qaranlığında telefonumu götürdüm. Danışan Moskva “Dərviş” Azərbaycan teatrının təsisçisi və baş rejissoru Mərdan Feyzullayev idi. Salamlaşdıq. O çox sevincək və həyəcanlı bir səslə soruşdu:         -Bilirsən, mən haradayam?         Dedim: Desən, bilərəm.         Telefonda qürurla gurlayan bir səs dalğalandı:         -Mən Nazim Hikmətin ceviz ağacına dönüb kimsədən xəbərsiz bitdiyi Gülxanə parkındayam. “Gözəlim İstanbul və polis bunun farkında” olmasa da, özüm bunun farkındayam.         Mən özüm də həyəcanlandım:         -“Yarpaq-yarpaq” əllərinlə İstanbulu qucursanmı? “Kıvır-kıvır” kıvırlanıb, pırıl-pırıl uçursanmı?         -Lap elə Nazim Hikmətin özü kimi İstanbula “yüz min göz”lə baxır, “yüz min əll ...
    19 Eyl 2017 01:59 tarihinde Admin Sheki.city tarafından yayımlandı
144 / 1 - 10 yayın gösteriliyor Daha fazla görüntüle »